RU

Ərdoğan: Aİ ilə Gömrük İttifaqının yenilənməsi prioritetdir

Azvision saytına istinadən ain.az xəbər verir.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş zamanı ticarət, müdafiə sənayesi, kənd təsərrüfatı və energetika sahələrində tərəfdaşlığın gücləndirilməsi diqqət mərkəzində olub. Prezident Ərdoğan xüsusilə "yaşıl energetika" sahəsində əməkdaşlığın hər iki tərəf üçün böyük potensial kəsb etdiyini vurğulayıb. ​Regionda cərəyan edən son proseslərin Türkiyə və Aİ arasındakı bağların geosiyasi önəmini bir daha sübut etdiyini deyən dövlət başçısı, Gömrük İttifaqının yenilənməsinin tam üzvlük yolunda təxirəsalınmaz bir vəzifə olduğunu qeyd edib. O, həmçinin Türkiyənin Aİ-nin müdafiə təşəbbüslərinə cəlb olunmasının ümumi təhlükəsizlik maraqlarına xidmət etdiyini bildirib. Bu görüş Türkiyənin Avropa ilə strateji tərəfdaşlığı dərinləşdirmək və iqtisadi əlaqələri müasir tələblərə uyğunlaşdırmaq niyyətini bir daha nümayiş etdirib. M. Həsənli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
90
azvision.az

1Источники