RU

Yaponiya yenidən Azərbaycandan xam neft idxal edəcək

Azvision.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu fevral ayında ABŞ-israil-İran müharibəsi başlayandan bəri Mərkəzi Asiyadan Yaponiyaya göndərilən ilk neft partiyasıdır.

​Bundan əvvəl, Yaponiya xam neft idxalının təxminən 95%-ni Yaxın Şərq ölkələrindən təmin edirdi. Lakin İranın Hörmüz boğazında tankerlərin hərəkətini məhdudlaşdırması bu tədarük zəncirini qırıb və rəsmi Tokionu təcili şəkildə alternativ mənbələr axtarmağa məcbur edib.

​Yaponiyanın neft emalı zavodları, İkinci Dünya Müharibəsindən sonrakı sürətli iqtisadi inkişaf dövründə artan yanacaq tələbatını ödəmək üçün əsasən Körfəz regionunun neft növlərini emal edəcək texniki infrastruktur üzərində qurulub.

​METI-nin böhran idarəçiliyi üzrə baş direktor müavini Narumi Hosokava jurnalistlərə açıqlamasında bildirib ki, Yaponiya əvvəllər də Azərbaycan nefti idxal etsə də, çərşənbə axşamı Yokohamaya çatacaq və "Eneos" (5020.T) şirkətinə təhvil veriləcək bu yük müharibə dövrünün ilk tədarüküdür.

​Yaponiya həmçinin ABŞ-dan idxalı artırıb və Rusiyanın sanksiya tətbiq olunmayan "Saxalin-2" layihəsindən xam neft partiyası qəbul edib. Xatırladaq ki, Yaponiya 2022-ci ildə Rusiya- Ukrayna müharibəsi başlayandan sonra Rusiyadan neft alışını dayandırmış və beynəlxalq sanksiyalara qoşulmuşdu.

​Yaxın Şərqdən gələn neftin kəsilməsi ilə yaranan kəsiri kompensasiya etmək üçün Yaponiya strateji ehtiyatlarını istifadəyə verib:

​16 martda 50 günlük, apreldə müştərək ehtiyatlardan 5 günlük əlavə, ​1 mayda isə daha 20 günlük istehlak həcmində neft bazara buraxılıb.

​METI-nin 8 may tarixinə olan rəsmi rəqəmlərinə görə, Yaponiyanın hazırda ümumilikdə 205 günlük neft ehtiyatı mövcuddur. Bunun 121 günü dövlət, 83 günü özəl sektor ehtiyatlarının, 1 günü isə neft hasil edən ölkələrlə müştərək anbarların payına düşür.

M. Həsənli


Избранный
77
azvision.az

1Источники