RU

Viruslardan qorumağın yolları: Mütəxəssis tövsiyələri

Son dövrlərdə müxtəlif regionlarda gəmiricilər vasitəsilə yayıla bilən infeksion xəstəliklər barədə narahatlıqlar artmaqdadır. 

Xüsusilə şəhər mühitində zibilliklərin çoxluğu, sanitar vəziyyətin zəif olduğu ərazilər və açıq qida tullantıları siçan və siçovulların çoxalması üçün əlverişli şərait yaradır.

Bu isə bəzi xəstəliklərin yayılma riskini artırdığı üçün həm ictimai sağlamlıq, həm də fərdi gigiyena baxımından diqqət tələb edir. Belə vəziyyətlərdə panikaya qapılmaq yox, elmi əsaslı profilaktik tədbirlərə əməl etmək və şəhər sanitariya qaydalarının gücləndirilməsi daha vacib hesab olunur.

Bəs bunun qarşısını almaq üçün nə edək?

İnfeksionist Ləman Qalimova “Cebheinfo.az”-a bildirib ki, virusların qarşısının alınması üçün əsas qaydalar var:

“Bunlardan ən başlıcası, əgər o virusun vaksini varsa, peyvənd vurulmalıdır. İkincisi, sanitar-gigiyenik qaydalara riayət olunmalıdır.

Məsələn, insanlar zibili yerə atmamalıdırlar, çeşidləmə düzgün aparılmalı və tullantıların daşınmasında qaydalara ciddi riayət edilməlidir. 

Digər vacib qayda isə əl gigiyenasına riayət edilməsidir. Restoranlarda mütləq dezinfeksiya işləri aparılmalı və sanitar-gigiyenik qaydalara əməl olunmalıdır”.

İnfeksionist qeyd edir ki, bu qaydalara riayət olunarsa, bu kimi xəstəliklərin qarşısı alınar.

Избранный
44
1
cebheinfo.az

2Источники