Çexiya çempionatının çempionluq mərhələsində paytaxt Praqanın iki nəhəng klubu “Slaviya” və “Sparta” qarşıdurması kütləvi iğtişaşla nəticələnib.“BUTA.TV” xəbər verir ki, “Slaviya Praqa” əzəli rəqibi üzərində 3:2 hesablı qələbəni rəsmiləşdirməyə çox yaxın olduğu bir vaxtda, qarşılaşmanın 90+7-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri yaşıl meydana axışıblar. Belə ki, coşmuş kütlə əllərindəki yanan məşəlləri rəqib komandanın tərəfdarlarının yerləşdiyi tribunaya fırladıblar.