RU

Dünyada məşhur olan azərbaycanlı aşpaz bütöv dəvəni bişirdi

Azpost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qəbələdən olan məşhur aşpaz Təvəkkül Aslanov “Youtue” kanalında izləyicilərini yenidən təəccübləndirib.

AzPost bildirir ki, T.Aslanov böyük bir dəvəni bütöv bişirib.

“Son 2 ildə ilk dəfə dəvə bişirdim! Onu hazırlamaq asan olmadı, amma söz verdiyim kimi, çoxdan gözlənilən yeni resept!”deyə aşpaz yazıb.

Bu görüntü böyük maraq doğurub. 5 milyona yaxın baxış toplayıb.

“Youtube”də Qəbələdən olan məşhur bloqer -aşpazın yemək bişirmək kadrlarına milyonlarla baxış olur.

Onun nərə balığından hazırladığı kabab 20 milyon baxış olmuşdu.

Dünyadan -ABŞ-dan, Avropadan, Yeni Zelandiyadan, Alyaskadan, Banqaladeşdən, Türkiyədən, Almaniyadan, Argentinadan, Braziliyadan şərh yazanlar Azərbaycan haqqında xoş fikirlərini yazıblar.

Qeyd edək ki, Qəbələdən olan bu bloger-aşpaz vəhşi təbiət qoynunda müxtəlif yeməkləri təbii yollarla bişirir. Onun çəkilişləri “Youtube”da populyardır və milyonlarla baxış var.

Qəbələ rayonunun Qəmərvan kəndində anadan olmuş T.Aslanov əvvəllər ticarət, oyma sənəti, usta kimi bir çox sahə ilə məşğul olub. Hazırda yutub kanalı üçün videolar hazırlayır.

Müsahibəsində deyib ki, kanalı bacısı oğlunun təklifi ilə açıb. Beləliklə “Wildness cooking” kanalını açıblar.

Kanalı 2020-ci ildə açılıb. Hazırda 7 milyondan çox abunəçi var.

https://www.youtube.com/watch?v=pJ6EGiLrNeM

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
41
1
azpost.info

2Источники