ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) qatılmaq üçün 178 ölkədən 30 mindən çox iştirakçı qeydiyyatdan keçib.
Bu fikirləri "Report"un Qarabağ bürosuna açıqlamasında WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqələri üzrə Baş meneceri Eldar Rəsulov bildirib.
"17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun sessiyasına artıq sayılı günlər qalıb. Bu günə olan statistikaya əsasən, WUF13-də iştirak üçün 178 ölkədən 30 mindən çox iştirakçı qeydiyyatdan keçib. Daha çox auditoriyanın bu tədbir haqqında maarifləndirməsi məqsədilə WUF13 Festivalları keçirilir", - o deyib.
Qeyd edək ki, festival 30 apreldə Qubada, 2 mayda Lənkəranda, 4 mayda Qəbələdə, 5 mayda Şəkidə, 6 mayda Mingəçevirdə, 8 mayda Gəncədə, 10 mayda isə Xankəndidə keçirilib. Festival mayən 12-də, 13-də isə Bakıda baş tutacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.