RU

"Bakı - Xankəndi" velosiped yarışı başlayır

Bu gün "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışı başlayır.

Fanat.Az xəbər verir ki, beş mərhələdən ibarət olacaq turnirin ilk mərhələsi "Sea Breeze"dən start götürəcək və Sumqayıtda başa çatacaq.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparacaq. Yarışın ümumi mükafat fondu 50 000 avrodan çoxdur. Mübarizəyə mayın 14-də yekun vurulacaq.

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışı

10 may

I mərhələ: "Sea Breeze"dən start götürməklə Bakı şəhərinin görməli yerlərindən keçərək Sumqayıtda finiş (158,7 kilometr)

11 may

II mərhələ: Bakı – Şamaxı – İsmayıllı (193,2 kilometr)

12 may

III mərhələ: Qəbələ – Oğuz – Şəki – Mingəçevir (163,3 kilometr)

13 may

IV mərhələ: Gəncə – Göygöl – Goranboy – Suqovuşan – Talış – Naftalan (152,7 kilometr)

14 may

V mərhələ: Tərtər – Ağdam – Füzuli – Şuşa – Xankəndi (181,3 kilometr)

Избранный
35
10
fanat.az

10Источники