RU

Venesueladakı zənginləşdirilmiş uran ABŞ-a aparıldı

ABŞ Venesuelada mövcud olan bütün zənginləşdirilmiş uran ehtiyatını bu ölkənin ərazisindən tamamilə çıxarıb.

 

"The Guardian" bildirir ki, bu barədə Birləşmiş Ştatlarının Energetika Nazirliyi məlumat yayıb.

 

Qeyd olunan 13.5 kiloqramlıq nüvə yanacağı bunadək Karakasın yaxınlığında yerləşən tədqiqat laboratoriyalarının birində mühafizə olunurdu.

 

"ABŞ Energetika Nazirliyi Karakas reaktorundan 13.5 kq uranın çıxarıldığını təsdiqləyir", - deyə rəsmi açıqlamada vurğulanır.

 

Sözügedən uran artıq Cənubi Karolina ştatında yerləşən müəssisələrindən birindədir.


Избранный
43
1
senzor.az

2Источники