RU

“Bavariya” səfərdə minimal hesablı qələbə qazandı

Almaniya Bundesliqasının 33-cü turu çərçivəsində “Volfsburq” və “Bavariya” komandaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az xəbər verir ki, “Folksvagen Arena” stadionunda keçirilən görüş Münhen təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçı Frayburq-im-Braysqau şəhərindən olan hakim Mattias Yöllenbek idarə edib.

36-cı dəqiqədə “Bavariya”nın hücumçusu Harri Keyn penaltini dəqiq yerinə yetirə bilməyib. 56-cı dəqiqədə isə Maykl Olise oyunda yeganə qolu vurub.

Bu nəticədən sonra “Volfsburq” 26 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Artıq çempionluğu vaxtından əvvəl təmin etmiş “Bavariya” isə 86 xalla birinci yerdədir.

Избранный
54
90deqiqe.az

1Источники