RU

Pentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib

ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.

Moderator.az xəbər verir ki, sözügedən məlumatlar birbaşa Pentaqonun rəsmi veb-saytında dərc olunub.

Amerika Birləşmiş Ştatlarının lideri Donald Tramp hələ aprel ayının sonunda bu sənədlərin yayılması istiqamətində planlarının olduğunu bildirmişdi. Dövlət başçısı, eyni zamanda, qeyri-adi obyektləri görən ABŞ hərbi pilotları ilə naməlum uçan aparatlar mövzusunda müzakirələr apardığını da diqqətə çatdırıb. Prezidentin açıqlamasına əsasən, hərbçilər uçuşlar zamanı "ağlasığmaz hadisələrin şahidi olduqlarını" ifadə ediblər.

Xatırladaq ki, fevral ayında Tramp ölkə rəhbərliyinin yerdənkənar həyat və UNO-lara dair arxiv sənədlərini nümayiş etdirməyə başlayacağını vəd etmişdi. Prezident müdafiə naziri Pit Heqset başda olmaqla, bütün aidiyyəti idarə və qurumlara yadplanetlilər, naməlum anomal hallar və naməlum uçan obyektlər barədə, eləcə də olduqca mürəkkəb, eyni zamanda, böyük maraq və əhəmiyyət kəsb edən bu mövzu ilə əlaqədar hökumət materiallarının aşkarlanaraq dərc edilməsi prosesinə başlamaq üçün müvafiq göstərişlər verəcəyini vurğulamışdı.

Избранный
12
2
moderator.az

3Источники