Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan SAHA EXPO 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi çərçivəsində çıxış edib.
Turkustan.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bildirib: “Bu gün Türkiyə yeni nəsil qırıcı təyyarələrini, PUA-larını, elektron müharibə sistemlərini, tanklarını və hərbi gəmilərini istehsal edən, dənizin dərinliklərindən kosmosadək hər sahədə öz proqram təminatı və sistemlərini inkişaf etdirən bir ölkədir. Türkiyə müstəqilliyini təhdid edənlərin iradəsini qıracaq gücə malikdir.”
Aytən Yaşar/ Turkustan.az