RU

Keçmiş məcburi köçkün: Ağdama qayıtmaqla, həm də uşaqlığıma, gəncliyimə qayıtdım

Ağdam, 8 may, AZƏRTAC

Bu gün Ağdama qayıtmaqla, həm də uşaqlığıma, gəncliyimə qayıtdım.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ağdam şəhərinə köç edən keçmiş məcburi köçkün Nahid Məmmədov deyib.

O bildirib ki, uzun illər doğma yurddan uzaq düşsələr də, Ağdama qayıdacaqları günün həsrəti ilə yaşayıblar: “Artıq Ağdamsız illərimizi xatırlamaq istəmirəm. Bu illərdə Vətən həsrətini çox çəkmişik. Bu gün isə şəhidlərimizin, xalqımızın birliyinin sayəsində doğulduğum Ağdam şəhərinə qayıtmışam. Çox sevincliyəm, çox qürurluyam”.

Nahid Məmmədov qeyd edib ki, Ağdamdan köçkün düşəndə 17 yaşı olub. Evləri İmarət kompleksinin yaxınlığında, bu gün mənzilə təmin olunduqları yaşayış massivinin ərazisində olub. Yeni mənzilinin işğaldan əvvəlki məhəllələrində olması onun sevincini daha da artırıb.

Müxbir – Tahir Ağaməmmədov
Избранный
15
2
azertag.az

3Источники