RU

Ən güclü sualtı donanmaya malik ölkələr açıqlandı -

“Global Firepower” təşkilatı 2026-cı il üçün dünyanın ən güclü sualtı donanmasına malik ölkələrinin siyahısını açıqlayıb.

Metbuat.az xəbər verir ki, hesabatda qardaş Türkiyə 14 müasir sualtı qayığı ilə dünyanın ən güclü donanmaları arasında 9-cu yerdə qərarlaşıb. Türkiyə bu göstərici ilə Böyük Britaniya, Fransa və Yunanıstan kimi Avropa ölkələrini geridə qoyub. Siyahının ilk pilləsində 66 sualtı qayığı ilə Rusiya qərarlaşıb. ABŞ eyni sayda sualtı qayığa malik olsa da ikinci yerdə göstərilib. İlk üçlüyü isə 61 sualtı qayığı ilə Çin tamamlayıb.Ən güclü sualtı donanmaya malik ilk 10 ölkə belə sıralanıb:1. Rusiya – 662. ABŞ – 663. Çin – 614. İran – 255. Şimali Koreya – 246. Yaponiya – 237. Cənubi Koreya – 228. Hindistan – 189. Türkiyə – 14

10. Böyük Britaniya – 10

Избранный
43
3
metbuat.az

4Источники