RU

Sahiblərinin "sevgi" sandığı hərəkət əslində stressƏLAMƏTİDİR

Baytar Saskia Şnayder son zamanlar internetdə populyarlaşan "pişik şapalaqlama" videoları ilə bağlı xəbərdarlıq edib.

Redaktor.az "Bild" nəşrinə istinadən xəbər verir ki, pişiklərin sağlamlığı üzrə mütəxəssis bildirir ki, pişiklərin bu cür toxunuşlar zamanı donub qalması heç də onların həzz alması demək deyil.

Ekspertin sözlərinə görə, bir çox ev heyvanı sahibi pişiyin quyruq nahiyəsinə vurulan yüngül zərbələrə reaksiya verməməsini "xoşbəxtlik" kimi qəbul edir. Lakin Şnayder bunun tam əksini iddia edir:

"Bir çox videolarda heyvanlar heç də rahat görünmürlər. Onların qulaqları geriyə meyillənir, bədənləri gərginləşir, gözləri isə böyüyərək qorxu ifadə edir. Bəziləri diksinir, bəziləri isə sadəcə üzünü yana çevirir. Heyvanın hərəkətsiz qalması çox vaxt gizli qorxu və diskomfortdan xəbər verir".

Baytar izah edir ki, hər bir pişik stressə "qaçmaq" və ya "hücum etmək"lə reaksiya vermir. Bəzi heyvanlar güclü stress anında sadəcə donub qalmağı üstün tuturlar. Bu vəziyyət xarici müşahidəçi üçün sakitlik kimi görünsə də, heyvanın daxili gərginliyi pik həddə olur.

Pişiklərin quyruq nahiyəsi çoxsaylı sinir ucluqları ilə zəngindir. Bu nahiyəyə vurulan zərbələr heyvanda sensor yüklənməyə səbəb ola bilər. Nadir hallarda bəzi pişiklər bundan zövq alsa da, əksər hallarda bu, heyvan üçün ağrılı və ya qıcıqlandırıcı bir təcrübədir.

Mütəxəssislər sahiblərinə tövsiyə edirlər ki, pişiklərin bədən dilini daha diqqətlə izləsinlər: əgər heyvanın quyruğu əsirsə, bədəni sərtləşirsə və ya göz bəbəkləri kəskin böyüyürsə, bu cür "oyunları" dərhal dayandırmaq lazımdır.

Xədicə BAXIŞLI

Избранный
75
2
redaktor.az

10Источники