AFFA-nın təşkilatçılığı ilə qapıçılar üzrə məşqçilər üçün UEFA-nın A kateqoriyalı məşqçi kursunun sonuncu - V mərhələsi baş tutub.
Fanat.Az xəbər verir ki, məlumatı milli assosiasiyanın mətbuat xidməti yayıb.
Kurs qurumun Təhsil və Reabilitasiya Mərkəzində gerçəkləşib.
Məşğələlərə təlimatçılar Faiq Əzizov, Vitali Kovalyov və Üzeyir İbrahimov rəhbərlik ediblər.