RU

Trampdan qalmaqallı İran paylaşımı: “Müharibələr illərlə çəkdi, İran isə cəmi 6 həftə...”

ABŞ prezidenti Donald Tramp İrana qarşı əməliyyatı ABŞ-ın keçmiş müharibələri ilə müqayisə edən paylaşım edib.

Musavat.com xəbər verir ki, Tramp özünün "Truth Social" platforması hesabında müxtəlif müharibələrin davametmə müddətini göstərən qrafik yayımlayıb və izləyicilərinə “Bu cədvələ diqqətlə baxın!” çağırışı edib.

Qrafikdə Veytnam, İraq, Əfqanıstan, İkinci Dünya müharibəsi və digər böyük müharibələrin həftələrlə ölçülən müddəti göstərilib. Bu müharibələrin bir çoxunun 100 həftədən çox davam etdiyi vurğulanıb.

Cədvəlin sonunda isə qırmızı rənglə “İranda ekskursiya” ifadəsi yerləşdirilib və qarşısında “6” rəqəmi qeyd olunub.

Trampın paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi bunu İran əməliyyatının qısa müddətdə nəticə verdiyinə eyham kimi qiymətləndirib.

Musavat.com

Избранный
35
6
musavat.com

10Источники