RU

Avropa İttifaqı rusiyalılara 620 mindən çox viza verib Üç ölkə liderdir...

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Avropa İttifaqı (Aİ) ölkələri 2025-ci ildə Rusiya vətəndaşlarına 620 mindən çox viza verib. Bu, 2024-cü illə müqayisədə 10,2 faiz artım deməkdir. “AzPolitika” xəbər verir ki, bu məlumatı “Euractiv” nəşri Aİ-nin məxfi statistikasına istinadən yayıb.

Məlumata görə, 477 mini turusitlik viza olub. Ən çox viza verən ölkələr sırasında Fransa, Italiya və İspaniya ilk üçlükdə yer alıb.

Eyni zamanda bildirilir ki, statistikaya Şengen zonasına daxil olmayan, lakin qaydalara qoşulmuş Norveç, İsveç və İrlandiya kimi ölkələrin vizaları tam daxil edilməyib.

2025-ci ildə Rusiya vətəndaşları Şengen vizası üçün 670 mindən çox müraciət edib ki, bu da illik müqayisədə 8 faiz artım deməkdir.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsindən sonra Aİ ölkələri Rusiya üçün sadələşdirilmiş viza rejimini ləğv edib. Bir sıra dövlətlər, o cümlədən Baltik ölkələri, Polşa və Çexiya Rusiya vətəndaşlarına turistik viza verilməsini tam dayandırıb. Bununla belə, bəzi ölkələr vizaların verilməsini davam etdirir və bu səbəbdən rusiyalı turistlərin Avropaya səfərləri hələ də davam edir, lakin əvvəlki illərlə müqayisədə daha məhdud səviyyədə.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
42
azpolitika.info

1Источники