RU

Rusiya Kiyevdə hökumət binalarını vuracağını bəyan etdi Moskvaya hücum olarsa...

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya Xarici İşlər Nazirliyi Ukraynanın mayın 9-da Moskvaya zərbə endirəcəyi təqdirdə, Rusiya ordusunun Kyiv və “qərar qəbuletmə mərkəzləri”nə cavab hücumu həyata keçirəcəyini bəyan edib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Maria Zaxaarova bildirib ki, nazirlik bütün dövlətləri və beynəlxalq təşkilatları bu xəbərdarlığa “maksimum məsuliyyətlə yanaşmağa” çağırır.

Onun sözlərinə görə, xarici ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları və vətəndaşları əvvəlcədən Kiyevdən təxliyə edilməlidir.

Xatırladaq ki, mayın 4-də Rusiya Müdafiə Nazirliyi 8–9 may tarixləri üçün birtərəfli atəşkəs elan etmişdi. Buna cavab olaraq Ukrayna Prezidenti Volodimir Zelenski mayın 6-sı gecə yarısından etibarən “sükut rejimi” elan etdiyini açıqlasa da, Kiyev Rusiyanın bu rejimi demək olar ki, dərhal pozduğunu bildirib.

Zelenski çərşənbə günü hərbçilərlə müşavirədən sonra açıqlamasında qeyd edib ki, Rusiya ordusu mayın 6-na keçən gecədən etibarən aktiv döyüş əməliyyatlarını davam etdirib və Ukraynanın təklif etdiyi atəşkəsi qəbul etməyib.

Ukraynanın xarici işlər naziri Andri Sbiqa isə bəyan edib ki, Moskva beynəlxalq ictimaiyyətin dəstəklədiyi atəşkəs çağırışını növbəti dəfə rədd edib. O bildirib ki, Rusiyanın mayın 9-u ilə bağlı təklif etdiyi “atəşkəs”in əsas məqsədi Moskvada hərbi paradın keçirilməsini təmin etməkdir.

Bu arada, Rusiya hakimiyyəti Ukrayna pilotsuz uçuş aparatlarının Moskva və digər şəhərlərə hücum cəhdlərinin artdığını bildirir. Təhlükəsizlik tədbirləri çərçivəsində paytaxtda mobil rabitə və internetlə bağlı məhdudiyyətlər tətbiq olunub. Məlumata görə, bu il Qırmızı Meydanda keçiriləcək ənənəvi hərbi parad qısaldılmış formatda təşkil olunacaq və ağır hərbi texnika nümayiş etdirilməyəcək.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
50
azpolitika.info

1Источники