RU

Azərbaycanlı ekspertlər yenidən İrəvanda Sülh prosesi müzakirə olunub

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Mayın 6-da Yerevan şəhərində Ermənistan və Azərbaycan media nümayəndələri və ekspertlərinin iştirakı ilə dəyirmi masa keçirilib.

“AzPolitika” xəbər verir ki, bu barədə görüş iştirakçılarından politoloq Fərhad Məmmədov məlumat yayıb. O, qeyd edib ki, görüş “Armenian Council” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə baş tutub.

Görüşdə regional siyasi proseslər, Cənubi Qafqazda təhlükəsizlik məsələləri, eləcə də dialoq və kommunikasiya imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistan tərəfini müxtəlif ekspertlər və media təmsilçiləri təmsil ediblər. Azərbaycan nümayəndə heyətində isə siyasi şərhçilər və ekspertlər Fərhad Məmmədov, Zaur Şiriyev və Rusif Huseynov iştirak ediblər. Müzakirələrin dinamik formatda keçdiyi, iştirakçılar arasında sual-cavab sessiyasının təşkil olunduğu bildirilir. Tərəflər Cənubi Qafqazda davam edən siyasi proseslərə dair mövqelərini bölüşüblər.

Görüş zamanı etimad quruculuğu tədbirlərinin əhəmiyyəti, kommunikasiya xətlərinin açılması və ekspert dialoqunun davam etdirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Tədbirin açıq və konstruktiv atmosferdə keçirildiyi qeyd olunur. İştirakçılar bu cür platformaların Azərbaycan-Ermənistan münasibətlərində dialoqun inkişafı və sülh prosesinin irəliləməsi baxımından mühüm rol oynadığını bildiriblər.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
39
azpolitika.info

1Источники