ain.az bildirir, 525.az portalına istinadən.
Uqandada ildırım 3 qız uşağının həyatına son qoyub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin cənub-qərbindəki Kahama kəndində baş verib.
İldırım kənddəki evlərin birinə düşüb. Bu zaman evdə 13 yaşlı iki və 4 yaşlı bir qız uşağı olub. Onların hər üçü dərhal keçiniblər. Mütəxəssislərin sözlərinə görə, qızların xilas olunmaq şansları sıfıra bərabərmiş.
Qeyd edək ki, dünyada hər il ildırım vurması nəticəsində orta hesabla 2 mindən çox insan həyatını itirir.
L.Tağıyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.