RU

AMB sədri: Yerli banklarla kənd təsərrüfatı sahəsində risklərinin qiymətləndirilməsi üçün yeni alətlər üzərində işləyirik

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı (AMB) yerli banklarla kənd təsərrüfatı sahəsində risklərinin qiymətləndirilməsi üçün yeni alətlər üzərində işləyir.

AZƏRTAC xəbər verir ki, AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

“Bilirik ki, kənd təsərrüfatı ölkəmizdə prioritet sektordur. Bu sahədə texnoloji həllərin tətbiqi genişlənir, risklərin daha dəqiq qiymətləndiriməsi istiqamətində işlər aparılır. Eyni zamanda, dövlət tərəfindən subsidiyalar və digər dəstək mexanizmləri vasitəsilə sektorun maliyyə resurslarına çıxşı təmin olunur. Bu tədbirlər kənd təsərrüfatında fəaliyyətin genişlənməsinə və maliyyləşmənin davamlılığının artırılmasına xidmət edir. Ümid edirəm ki, görüləcək işlərin bəhrəsini görəcəyik”, - deyə T.Kazımov qeyd edib.

Избранный
53
3
azertag.az

4Источники