RU

Moldova ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Moldova Respublikasının Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyinin baş katibi Sergiu Gherciu ilə görüşüb.

Bildirilib ki, Azərbaycanda kənd təsərrüfatı istehsalının və məhsul ixracının genişləndirilməsi prioritet istiqamətlərdəndir. Ölkəmizdə aqrar sektora müxtəlif mexanizmlərlə dövlət dəstəyi göstərilir, həmçinin yerli məhsulların “Made in Azerbaijan” brendi ilə xarici bazarlarda təşviqi təmin edilir.

Görüşdə Azərbaycan və Moldova arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Xüsusilə, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracı, həmçinin, qida və kimya sənayesi sahələrində əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçirilib.

Избранный
14
1
vergiler.az

2Источники