RU

Çin şirkətləri İran və Rusiyanın dron sənayesini komponentlərlə təmin edir

ABŞ sanksiyalarına baxmayaraq, kiçik Çin firmaları ikili təyinatlı texnologiyaların ixracını davam etdirir...

Poliqon xəbər verir ki, The Wall Street Journal nəşrinin yaydığı məlumata əsasən, Çində fəaliyyət göstərən bir sıra kiçik şirkətlər İran və Rusiyaya dron istehsalı üçün istifadə olunan ikili təyinatlı komponentlərin açıq şəkildə ixracını həyata keçirir. Söhbət mühərriklər, batareyalar, optik lif kabelləri və mikroçiplər kimi geniş yayılmış kommersiya məhsullarından gedir ki, bu da onların qlobal tədarük zəncirləri vasitəsilə asanlıqla daşınmasına imkan yaradır.

Məlumata görə, bu şirkətlərdən biri, Xiamen Victory Technology bazarda alman mənşəli L550 model dron mühərriklərini təklif edib. Qeyd olunur ki, bu mühərriklər İran istehsalı olan və müxtəlif regional münaqişələrdə istifadə edilmiş “Shahed-136” tipli zərbə dronları ilə əlaqələndirilir.

ABŞ rəsmiləri bildirirlər ki, bu cür ticarətin qarşısını almaq olduqca çətindir. Bunun əsas səbəbi isə pilotsuz uçuş aparatlarının istehsalında istifadə olunan komponentlərin böyük hissəsinin mülki bazarda sərbəst şəkildə satılan adi texnologiyalardan ibarət olmasıdır. Bu da onların ixracına nəzarəti xeyli mürəkkəbləşdirir.

Bundan əlavə, qeyd edilir ki, bu tədarük zəncirində iştirak edən Çin şirkətlərinin əksəriyyəti kiçik və orta ölçülü müəssisələrdir. Onlar ABŞ sanksiyalarının təsir dairəsindən nisbətən kənarda qalır və son dövrlərdə fəaliyyətlərini daha açıq şəkildə həyata keçirməyə başlayıblar.

Ekspertlərin fikrincə, bu tendensiya qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərə bilər. Çünki müasir münaqişələrdə dron texnologiyalarının rolu sürətlə artır və belə texnologiyalara çıxışın genişlənməsi hərbi balansı dəyişdirə bilər.

Poliqon.info

Избранный
22
46
poliqon.info

10Источники