Azərbaycan kubokunda final oyununun biletləri satışa çıxarılıb.
Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, 13 may tarixində saat 20:00-da başlayacaq “Sabah” – “Zirə” qarşılaşmasının biletlərini bu gündən etibarən "iticket.az" saytından əldə etmək mümkündür.
“Palms Sports Arena”da keçiriləcək matçın biletlərinin qiymətləri yerlərdən asılı olaraq 5, 10, 15, 20, 30 və 50 ("VIP Gold") manatdır.