RU

İran ordusu: Son günlərdə BƏƏ yə qarşı heç bir əməliyyat həyata keçirilməyib

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İran ordusunun “Xatəmül-Ənbiya” qərargahı son günlər Birləşmiş Ərəb Əmirliklərinə qarşı hər hansı əməliyyatın həyata keçirilmədiyini açıqlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bəyanatda o da qeyd olunub ki, İran İslam Respublikasının silahlı qüvvələri son günlər ərzində BƏƏ-yə qarşı heç bir raket və pilotsuz uçuş aparatı əməliyyatı həyata keçirməyib, belə bir addım atılsaydı, bu, qətiyyətlə və açıq şəkildə elan olunardı.

Bəyanatda həmin ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumatların təkzib edildiyi və heç bir həqiqəti əks etdirmədiyi qeyd olunur.

“BƏƏ hazırda ABŞ və İsrailin əsas bazalarından birinə çevrilib və mövcud şəraitdə İrana qarşı əsassız ittihamlar və informasiya kampaniyası aparır. İndiyədək bu kimi addımlara qarşı sərt reaksiya verilməməsi yalnız həmin ölkədə yaşayan müsəlmanların təhlükəsizliyi nəzərə alınaraq olub”, - bəyanatda deyilir.

Bəyanatda həmçinin bildirilir ki, əgər BƏƏ ərazisindən İranın adalarına, limanlarına və sahillərinə qarşı hər hansı addım atılarsa, buna sərt və peşmanedici cavab veriləcək.

Haşim Rahimi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
15
apa.az

10Источники