JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze
Landscape 1

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olmuş “Sərhədləri aş! Müəllimlər üçün beynəlxalq liderlik səfəri” layihəsi çərçivəsində 2 müəllimin Türkiyənin Bursa şəhərinə səfəri baş tutub.

Layihə çərçivəsində Bursa-Azərbaycan İnnovasiya və Dayanışma Dərnəyi ilə qurulan əməkdaşlıq əsasında müəllimlər Bursada yerləşən 3 ümumtəhsil müəssisəsini ziyarət ediblər. Səfər zamanı müəllimlər Şehit Erol Olçok Turizm Mesleki ve Teknik Anadolu Lisesi, Nilüfer-Koç Ortaokulu və Nilüfer Borsa Fen Lisesinin müəllim kollektivi ilə görüşərək beynəlxalq təcrübədə sinif idarəçiliyi, dərs sistemləri və tədris prosesi ilə yaxından tanış olublar.

Görüşlər zamanı qarşılıqlı müzakirələr aparılıb, müəllimlərin sualları cavablandırılıb və təcrübə mübadiləsi həyata keçirilib. Həmçinin səfər çərçivəsində Ayasofya Cami, Fatih Sultan Mehmet Cami, Topkapı Sarayı və Beylerbeyi Sarayı kimi tarixi və mədəni məkanlar ziyarət olunub. Bu infoturlar müəllimlərin beynəlxalq təcrübə qazanmasına, mədəniyyətlərarası bilik və bacarıqlarını inkişaf etdirməsinə, həmçinin müasir tədris yanaşmalarını yerində öyrənərək yerli təhsil mühitinə inteqrasiya etməsinə şərait yaradıb.
Layihənin əsas məqsədi müəllimlərin pedaqoji liderlik və idarəetmə bacarıqlarının inkişafına şərait yaratmaqdan ibarət olub.

Xatırladırıq ki, “Sərhədləri aş! Müəllimlər üçün beynəlxalq liderlik səfəri” qrant layihəsi Tərtər rayon 3 nömrəli ümumi orta məktəbin ibtidai sinif müəllimi Nigar Sultani tərəfindən icra olunub.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX