ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Cənubi Qafqaz Avropa və Asiya arasında vacib bənddir. Məhz buna görə Avropa İttifaqının Gürcüstana münasibəti anlaşılan deyil.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
Onun sözlərinə görə, Brüsselin siyasəti qlobal xaotik xarakter daşıyır və bu yalnız Gürcüstana aid deyil.
Spiker Aİ-nin qlobal siyasətdə rolunu tamamilə itirdiyini qeyd edib.
"Biz görürük ki, onlar artıq qlobal problemlərlə bağlı suallar vermirlər, regional problemlər barədə isə hətta bir söz belə demirlər. Gürcüstanla dialoq aparmaq ilk növbədə Avropa İttifaqının marağındadır, belə ki, Gürcüstan və bütün bölgə Avropa İttifaqını resurs və ya marşrutlarla əlaqələndirən birləşdirici bənddir", - Papuaşvili əlavə edib.
Qeyd edək ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen İrəvanda keçirilən Ermənistan-Aİ sammitində Ermənistanın Mərkəzi Asiya və Xəzər dənizi istiqamətində ən qısa yol olduğunu deyib. O qeyd edib ki, əvvəllər müharibə və geosiyasi səbəblərə görə bu marşrut bağlı olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.