RU

Ermənistan və Aİ nəqliyyat sahəsində tərəfdaşlıq sazişi imzaladılar

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ermənistan və Avropa İttifaqı (Aİ) İrəvanda bir sıra sənədlər, o cümlədən nəqliyyat infrastrukturu sahəsində tərəfdaşlıq sazişi imzalayıblar.

Bu barədə Avtosfer.az TASS-a istinadən məlumat verir.

Məlumata görə, sənəd İrəvanda ilk dəfə keçirilən Aİ sammiti çərçivəsində Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin, Avropa Şurasının sədri Antoniu Koştanın və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə imzalanıb.

Bundan əlavə, İrəvanda özəl sektordan seçilmiş tərəfdaşlarla ölkəyə nəzərəçarpacaq dərəcədə müsbət təsir göstərəcək rəqəmsal infrastruktur, yarımkeçirici texnologiyaların inkişafı, innovasiya ekosistemləri və özəl investisiyaların səfərbər edilməsi sahələrində ilk niyyət məktubları imzalanıb.

Ermənistan tərəfinə viza rejiminin liberallaşdırılması üzrə fəaliyyət planının reallaşdırılması gedişatına dair ilk hesabat təqdim edilib.

İrəvan və Brüssel, həmçinin Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi ("Frontex") və Ermənistan Daxili İşlər Nazirliyi arasında işçi sazişi imzalayıblar ki, saziş sərhəd və miqrasiya idarəçiliyində əməkdaşlığı gücləndirəcək, eləcə də Ermənistana viza rejiminin liberallaşdırılması üzrə fəaliyyət planının həyata keçirilməsinə dəstək verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
39
avtosfer.az

1Источники