ain.az, 525.az portalına istinadən məlumat verir.
“Azərbaycanda vahid "uşaq SİM kartı" məhsulu olmasa da, operatorlar mövcud nömrələr üzərindən "Valideyn Nəzarəti" tipli filtrasiya xidmətləri təqdim edirlər. Bu gün sözügedən xidmət edənlərin sayı az deyil”.
Bunu 525.az-a Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov deyib. Ekspert qeyd edib ki, “Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunun təkmilləşdirilməsi prosesi mühüm təməl rolunu oynayır. Çünki SİM kart operator səviyyəsində qoruma təmin etsə də, Wi-Fi şəbəkələrinə qoşulma zamanı bu filtrasiya səmərəsiz ola bilər. Bu səbəbdən, həm SİM kart səviyyəsində filtrasiya, həm təkmilləşmiş qanunvericilik, həm də cihaz səviyyəsində nəzarət alətlərinin vəhdətdə tətbiqi uşaqlar üçün daha etibarlı bir rəqəmsal ekosistem formalaşdıracaqdır:
“Əsas məqsəd uşaqları internetdən təcrid etmək deyil, onların milli dəyərlərə uyğun, təhlükəsiz və inkişafetdirici bir məkanda böyüməsinə şərait yaratmaqdır".
Sevinc Qarayeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.