RU

Yollarda bu zolaqlara daxil olanlar cərimələnəcək: Sürücülərin nəzərinə

“Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı yaradılacaq “yaşıl zolaqlar”a daxil olmaq qayda pozuntusu hesab olunacaq”.

"Cebheinfo.az"xəbər verir ki, bunu WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə Daxili İşlər Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev deyib.

O qeyd edib ki, yeni tətbiq olunan “yaşıl zolaq” adlanan avtobus zolaqlarında digər nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət olunacaq:

“Bu qayda pozuntusu hesab olunur və buna görə müvafiq tədbirlər görüləcək”.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Tədbirdə iştirak etmək üçün müxtəlif ölkələrdən 20 min nəfərdən çox şəxs qeydiyyatdan keçib.

"Cebheinfo.az"

Избранный
1
20
cebheinfo.az

10Источники