Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.
Bakıda tanışlar arasında yaranan mübahisə cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 26-da baş verib. Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Sənan həmin gün saat 23 radələrində “Vedi” adlanan kafeyə gəlib və həmin vaxt kafedə istirahət edən tanışı Samirə (adlar şərtidir – red.) yaxınlaşaraq bir neçə saat əvvəl mobil telefon ilə aralarında olan danışıq zamanı onunla olan sözlü mübahisəni bəhanə edib, heç bir səbəb olmadan onu sifət nahiyəsinə yumruq və baş zərbələri ilə vurub. İş üzrə izahat verən Sənan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisədən əvvəl Samirə zəng edib və Xırdalan yolunda yerləşən kafeyə gəlməsini deyib:“Samir taksi pulunun olmadığını dedi. Mən isə taksi pulunu özümün verəcəyimi dedim. Təxminən 5 dəqiqə sonra o, zəng edərək kafedə olduğunu dedim. Mən də Samirə kafedə olmadığımı, “20 Yanvar” dairəsində olduğumu dedim. Samirə də mənə kafeyə gələcəyimi bildirdi, niyə onu aldatdığımı soruşdu. Mən isə zarafat etdiyimi dedim. O, mənə ard-arda 3-4 dəfə zəng etdi. Mən də gələcəyimi dedim. Telefonla danışarkən Samir mənə qarşı söyüş işlətdi. Samirin olduğu kafeyə getdim, oturduğu stola yaxınlaşdım. O, ayağa qalxdıqda isə onu vurdum”. Təqsirləndirilən şəxs ifadəsinin sonunda barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiq olunmasını xahiş edib. Binəqədi Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.