RU

İran diplomatlarından Trampa istehza: Uno ilə “mesaj” lağa qoyuldu

İranın Heydərabad şəhərindəki konsulluğu sosial mediada ABŞ Prezidenti Donald Trampın Tehrana qarşı açıq təhdidlər etməkdəki səhvini lağa qoyub.

Redaktor.az xəbər verir ki, İran diplomatları Trampın əlində uno kartları tutaraq guya ABŞ ordusunun gücünü nümayiş etdirdiyi görüntüyə münasibət bildiriblər.

Məlumata görə, paylaşımda istehzalı şəkildə qeyd olunub ki, uno oyununda qalib gəlmək üçün əlinizdə mümkün qədər az kart olmalıdır və əsas məqsəd bütün kartlardan qurtulmaqdır.

Bildirilib ki, bununla diplomatlar Trampın paylaşımındakı məntiqi ziddiyyəti diqqətə çatdırmağa çalışıblar.

Aminə ŞAHSUVARQIZI

Избранный
13
1
redaktor.az

2Источники