RU

O, əvvəlcə ABŞ-ı, sonra isə BƏƏ-ni xəbərdar etdi! Hücumlar bir-birinin ardınca baş verdi

İran Hörmüz boğazında ticarət gəmilərinin naviqasiya azadlığını bərpa etməyi hədəfləyən ABŞ-ın “Azadlıq” əməliyyatı ilə bağlı bəyanat yayıb.

Turkustan.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi sosial media paylaşımında Hörmüz boğazı ətrafında baş verən hadisələrin siyasi böhranların hərbi yollarla həll edilə bilməyəcəyini göstərdiyini bildirib. O əlavə edib: “Pakistanın xoşməramlı səyləri sayəsində danışıqlar irəliləyərkən, ABŞ pis niyyətli qüvvələr tərəfindən yenidən bataqlığa sürüklənməməlidir. Eyni sözlər Birləşmiş Ərəb Əmirliklərinə də aiddir. ‘Azadlıq’ layihəsi çıxılmaz təşəbbüsdür".

İran Silahlı Qüvvələri ABŞ Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazına yaxınlaşmamaq və ya ora daxil olmamaq barədə xəbərdarlıq etmişdi. Bundan əlavə, İran tərəfi bildirmişdi ki, ABŞ Hərbi Dəniz Qüvvələri ilə yanaşı, bütün ticarət gəmiləri və neft tankerləri Hörmüz boğazında yerləşən İran hərbçiləri ilə əlaqələndirilmədən hər hansı hərəkətdən çəkinməlidirlər.

Aytən Yaşar/ Turkustan.az

Избранный
4
1
turkustan.az

2Источники