ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Rusiya prezidenti Vladimir Putinin ABŞ-da keçiriləcək G20 (İyirmiliklər Qrupu) sammitinə gözlənilən səfəri Qərb üçün böyük uğursuzluq olardı.
Bizimyol.info xəbər verir ki, bu barədə Qətərin "Əl Cəzirə" telekanalının şərhçisi Nabil əl-Cubayli bildirib.
“Rusiyanın iştirakı onun Qərb tərəfindən "siyasi təcrid" altında olması təsəvvürünü ən azı qismən dağıdacaq. Xüsusilə Vladimir Putinin şəxsən iştirak etməsi, Rusiyanın əsas beynəlxalq platformalardan kənarlaşdırılmadığını göstərər və Qərbin onu təcrid etmə cəhdlərinin uğursuzluğunun sübutu olar”, – deyə ekspert yazıb.
Əl-Cubayli əlavə edib ki, Rusiyanın iştirakı Vaşinqton və digər qərb paytaxtları ilə birbaşa və ya dolayı yolla danışıqlar aparmaq imkanını yaradacaq və ölkənin imicini gücləndirəcək. Bundan əlavə, G20 sammiti Moskvanın Qlobal Cənuba müraciət etməsi üçün platforma təmin edəcək, burada bir çox ölkə sanksiyalar və təcrid siyasətini dəstəkləməyib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, dekabrda ABŞ-da keçiriləcək G20 sammitində Rusiya liderinin iştirakı çox faydalı olar, lakin Putinin tədbirə gələcəyinə şübhə ilə yanaşıb.
Rusiya Xarici İşlər Nazirliyinin müavini Aleksandr Pankin jurnalistlərə açıqlayıb ki, Rusiya sammitdə yüksək səviyyədə iştirak etmək üçün dəvət olunub. O, ölkəni kimlərin təmsil edəcəyinə dair sual qarşısında tədbirin keçirilməsinə yaxın zamanda aydınlıq gətiriləcəyini bildirib.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.