RU

Bir stəkan pivə sağlamlıq üçün faydalı imiş

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Araşdırmaya əsasən, hərdənbir bir stəkan pivə içməyin sağlamlıq üçün gözlənilməz faydaları ola bilər. 

Milli.Az xəbər verir ki, bir stəkan pivə gündəlik B6 vitamini ehtiyacının təxminən %15-ni qarşılaya bilir. Eyni effekt alkoqolsuz "lager" pivələrində də müşahidə olunur.

Pivənin tərkibindəki B6 vitamini istehsalda istifadə olunan arpa, buğda və pivə mayasından gəlir. Bu vitamin beyin, qan və immunitet sistemi üçün faydalıdır.

Almaniyada aparılan testlər nəticəsində ən yüksək B6 vitamini miqdarı "Bock" pivəsində tapılmışdır. Onu lager, tünd lager və buğda pivələri izləyir; düyü pivələri isə ən aşağı vitamin miqdarına malikdir.

Britaniya Qidalanma Fondu qeyd edir ki, B6 vitamini ehtiyacını pivə əvəzinə digər qidalardan qarşılamaq daha məqsədəuyğundur.

B6 vitamini çatışmazlığı nadir görülsə də, bu hal yorğunluq və ürəkbulanmaya səbəb ola bilər.Lalə Qüdrətova

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
73
news.milli.az

1Источники