RU

ABŞ də 20 min yük maşını sürücüsü ingilis dilini yetərincə bilmədiyi üçün işdən çıxarılıb

Yeniazerbaycan saytına istinadən ain.az xəbər verir.

ABŞ Nəqliyyat Nazirliyi son bir ildə təxminən 20 min yük maşını sürücüsünü ingilis dili biliklərinin yetərli olmaması səbəbindən işdən kənarlaşdırıb.

AZƏRTAC xəbər verir ki, bu rəqəmi ölkənin nəqliyyat naziri Şon Daffi açıqlayıb. Onun sözlərinə görə, sürücülərin işdən çıxarılması yükdaşıma sənayesində qanunsuz immiqrantlarla mübarizə kampaniyası çərçivəsində həyata keçirilir. “Təxminən 20 min yük maşını sürücüsü ingilis dili bilikləri üzrə tələblərə cavab vermədiyinə görə işdən kənarlaşdırılıb. Bu, gələcəkdə daha çox olacaq”, - deyə Daffi bildirib.

Birləşmiş Ştatların yükdaşıma sənayesində qanunsuz immiqrantlarla mübarizə kampaniyası ötən ilin yazında başlanıb. Nazir qeyd edib ki, ötən müddət ərzində 28 min yük maşını sürücüsünün qanunsuz əldə edilmiş lisenziyası da ləğv olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
1
3
yeniazerbaycan.com

4Источники