Niderland millisinin və "Mançester Siti"nin müdafiəçisi Natan Akenin növbəti mövsüm komandasını dəyişə bilər.
QOL.az xəbər verir ki, jurnalist Yost Blauhofun yaydığı məlumata görə, 31 yaşlı mərkəz müdafiəçisi qarşıdan gələn yay transfer pəncərəsində "şəhərlilər"lə yollarını ayırmaq niyyətindədir.
Qeyd edək ki, Akenin klubla müqaviləsinin başa çatmasına hələ bir il qalsa da, o, yayda komandanı tərk etmək qərarına gəlib. Hazırda təcrübəli futbolçu ilə Roma" və "Yuventus", həmçinin Niderland nəhəngi PSV yaxından maraqlanır.
Xatırladaq ki, cari mövsümdə "Mançester Siti" forması ilə 19 matçda meydana çıxan Ake qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.