RU

Şakira Kopakabana çimərliyində tarix yazdı: 2 milyon insan toplandı

Rio-de-Janeyroda keçirilən möhtəşəm konsert Şakiranın karyerasında ən böyük çıxış kimi tarixə düşüb.

Musavat.com xəbər verir ki, Şakiranın Kopakabana çimərliyi sahilində baş tutan konsertini təxminən 2 milyon tamaşaçı izləyib. 

Pulsuz təşkil olunan şouya maraq o qədər böyük olub ki, bir saatlıq gecikmə belə pərəstişkarların coşqusunu azaltmayıb. Gecənin ən yaddaqalan anlarından biri isə səmada uçan dronların portuqal dilində “Mən səni sevirəm, Braziliya” mesajını yaratması olub.

İki saat davam edən konsertdə ifaçı “Hips Don’t Lie”, “La Tortura”, “La Bicicleta”, “She Wolf” və “Waka Waka” kimi məşhur hitlərini səsləndirib.

 

Musavat.com

Избранный
17
1
musavat.com

2Источники