RU

Hörmüz boğazında gərgin anlar! Körfəz ölkələrinə məxsus tanker toqquşdu

Birləşmiş Ərəb Əmirlikləri Əbu-Dabi Milli Neft Şirkəti-nə məxsus neft tankerinin Hörmüz boğazından keçərkən İrandan göndərildiyi iddia olunan iki pilotsuz uçuş aparatı (PUA) tərəfindən hədəfə alındığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, BƏƏ-nin Xarici İşlər Nazirliyi yaydığı yazılı bəyanatda bildirib ki, ADNOC tankerinə tranzit zamanı iki İran mənşəli dron hücumu həyata keçirilib. Rəsmi açıqlamada hadisə qətiyyətlə pislənib və bunun beynəlxalq hüquqa zidd olduğu vurğulanıb.

Hücum nəticəsində heç bir insan itkisi və ya yaralanma olmadığı bildirilib. Bununla yanaşı, qeyd olunub ki, bu hadisə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və naviqasiya azadlığını qoruyan qətnamələrin, o cümlədən 2817 saylı qərarın açıq şəkildə pozulmasıdır.

Bəyanatda ticarət gəmilərinin hədəfə alınması və Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadə edilməsi İran İnqilab Keşikçiləri tərəfindən törədilən “piratçılıq” kimi qiymətləndirilib. Bu cür addımların regional sabitliyə və qlobal enerji təhlükəsizliyinə ciddi təhdid yaratdığı vurğulanıb.

Böyük Britaniya Dəniz Ticarət Təşkilatı isə gecə saatlarında yaydığı məlumatda bildirib ki, BƏƏ-nin Fuceyra şəhərindən təxminən 145 kilometr şimalda, Hörmüz boğazında naməlum mərmi bir neft tankerinə dəyib. Açıqlamaya görə, gəmi heyəti təhlükəsizdir və hadisə ilə bağlı araşdırma aparılır.

Aytən Yaşar/ Turkustan.az

Избранный
12
1
turkustan.az

2Источники