RU

Azərbaycan millisi 2 yoldaşlıq matçına çıxacaq

Çimərlik futbolu üzrə Azərbaycan yığması mayın 4-dən 20-dək Su İdmanı Sarayında təlim-məşq toplanışı keçirəcək.

İdmanxeber.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, milli hazırlıq dönəmində – mayın 7-si və 9-da Qazaxıstan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.

Hər iki görüşün saat 18:00-da başlanması nəzərdə tutulur.

Yığmaya dəvət edilən oyunçular aşağıdakılardır:

Qapıçılar: Elçin Qasımov, Emil Omarov;

Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev.

Избранный
4
17
idmanxeber.az

10Источники