RU

Ukrayna dronları "Transneft"ə məxsus neft stansiyasına zərbə endirib

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları ilə Rusiyanın Nijni Novqorod vilayətindəki "Qorki" neft stansiyasına hücum edib.

"Far.Az" UNİAN-a istinadən xəbər verir ki, hər birinin həcmi 50 min kubmetr olan iki rezervuar məhv edilib, həmçinin filtrasiya avadanlığı və anbar binaları zədələnib.

Qeyd olunur ki, hücum aprelin 23-də baş verib. Obyekt "Transneft – Verxnyaya Volqa" SC-yə məxsusdur.

"Qorki" neft stansiyası həm əsas, həm də aralıq stansiya funksiyalarını yerinə yetirir, Qərbi Sibirdən Rusiyanın mərkəzi regionlarındakı neft emalı müəssisələrinə, həmçinin ixrac üçün neftin vurulmasını təmin edir.

Избранный
13
2
far.az

3Источники