Bakivaxti saytına istinadən ain.az xəbər verir.
Kompüter və smartfon seçərkən istifadəçilərin tez-tez qarşılaşdığı anlayışlardan biri GHz göstəricisidir. Bu termin cihazın nə qədər sürətli işləyə bildiyini göstərən əsas parametrlərdən sayılır.
Bakıvaxtı.az xəbər verir ki, Intel və AMD kimi istehsalçıların məlumatına görə, GHz (gigahertz) prosessorun saniyədə neçə əməliyyat dövrü yerinə yetirdiyini göstərir. 1 GHz saniyədə 1 milyard dövr deməkdir.
Məsələn, 3 GHz tezliyə malik prosessor saniyədə təxminən 3 milyard əməliyyat dövrü icra edə bilər. Bu isə proqramların daha sürətli işləməsi və sistemin daha çevik olması ilə nəticələnir.
Texnologiya platforması How-To Geek bildirir ki, yüksək GHz hər zaman daha yaxşı performans demək deyil. Çünki prosessorun nüvə sayı, keş yaddaşı və arxitekturası da ümumi sürətə təsir edən əsas amillərdir.
Mütəxəssislər qeyd edir ki, müasir cihazlarda performansı qiymətləndirərkən yalnız GHz göstəricisinə deyil, ümumi texniki xüsusiyyətlərə diqqət yetirmək vacibdir.
Zeynəb Rzayeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.