RU

Yusif İmanovun "Renessans"ı: Müqavilə bitir, transfer bazarı "qaynayır" - VİDEO+FOTOLAR

Azərbaycan futbolunun son dövrlərdə yetişdirdiyi ən istedadlı qapıçılardan olan Yusif İmanov yenidən özünün ən yaxşı formasını bərpa etməkdədir.

Ötən aylardakı bəzi eniş-yoxuşlardan sonra gənc qolkiperin nümayiş etdirdiyi stabillik həm klubu, həm də futbol ictimaiyyəti üçün ümidverici məqamdır.

Yusif İmanov təkcə bir oyunda deyil, son 3 qarşılaşmada göstərdiyi yüksək performansla diqqətləri üzərinə çəkməyi bacarıb.

Xüsusilə son turda “Sumqayıt”la Yevlaxda keçirilən matçda qapının "doqquzluğ”una doğru gedən möhtəşəm cərimə zərbəsini dəf etməsi onun reaksiyasının nə dərəcədə yüksək olduğunu bir daha sübut etdi.

Oyun ərzində rəqibin 4-5 yüzfaizlik qol epizodunda soyuqqanlılığını qoruyaraq qapıda inamlı dayanan Yusif 2:1 hesablı qələbədə əsas rollardan birini oynadı. Onun bu stabilliyi komandanın ümumi oyununa və müdafiə xəttinə əlavə güvən aşılayır.

Yusif İmanovun bu yüksəlişi transfer bazarında da hərəkətliliyə səbəb olub.

Gənc qapıçının “Kəpəz”lə müqaviləsinin bu ayın sonunda bitəcəyini nəzərə alsaq, onun sərbəst agent statusuna keçməsi bir çox klubun iştahasını qabardıb.

Artıq Azərbaycan Premyer Liqasının bir neçə təmsilçisionun üçün rəsmi transfer teklifləri hazırlanmaqdadır. Bununla yanaşı, xarici klubların da Yusiflə maraqlandığı və yay “transfer pəncərəsi”ndə onun üçün ciddi yarışın başlayacağı gözlənilir.

Bu il Yusif üçün kifayət qədər çətin və sınaqlarla dolu keçsə də, o, artıq stabilliyini qoruya bildiyini sübut edir.

Psixoloji və fiziki hazırlığını daha da yüksək səviyyəyə çatdırmağı planlayan qapıçının bu əzmi onu yenidən milli komandanın heyətində əsas simalardan biri edəcək.

Hazırkı yüksələn qrafiklə Yusif İmanovu yaxın vaxtlarda yığmanın qapısında görəcəyimizə heç bir şübhə yeri qalmır.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Избранный
42
sportinfo.az

1Источники