Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Slot VAR-dan şikayətləndi
"Liverpul"un baş məşqçisi Arne Slott Premyer Liqanın 35-ci turunda "Mançester Yunayted"lə (2:3) oyundakı VAR fəaliyyətindən narazı qalıb.
QOL.az xəbər verir ki, mütəxəssis görüşdən sonra açıqlamasında bu haqda danışıb. Slot "qırmızı şeytanlar"ı futbolçusu Benjamin Seskonun mübahisəyə səbəb olan qolunu şərh edərkən deyib:
"Həmin epizodda əleyhimizə qərar verildi. Belə yüngül toxunuşa görə qərar dəyişmək nə dərəcədə doğrudur? VAR-a baxılaraq qol ləğv olunmalı idi. Hakim epizodu qaçırıbsa və VAR-da yenidən nəzərdən keçirirsə, qərarın "Liverpul"un lehinə verilməyəcəyini hamımız bilirik. Bu mövsüm belə hallara dəfələrlə şahid olmuşuq".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.