RU

Paşinyan İlham Əliyevə: “Buyurun, cənab Prezident!” - VİDEO

Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirilir.

Turkustan.az xəbər verir ki, sammitdə bir sıra ölkələrin və Avropa təşkilatlarının rəhbərləri iştirak edirlər.

Toptantının liderlərin çıxış etdiyi hissəsinin moderatoru Ermənistanın Baş naziri Nikol Paşinyandır.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə videobağlantı formatında çıxış edib.

N.Paşinyan Azərbaycan liderini belə təqdim edib.

“Azərbaycan Respublikası Prezidenti İlham Əliyev canlı videobağlantı vasitəsi ilə sammitə qoşulur. Buyurun, cənab Prezident!”.

Dövlət başçısı çıxışına başlamazdan öncə tədbir iştirakçılarını salamlayıb:

“Bakıdan salamlar!”.

Həmin anın videogörüntüsünün təqdim edirik.

Избранный
20
4
turkustan.az

6Источники