RU

Siqareti tərgidə bilmirsinizsə, az zərərli bu vasitələrdən istifadə edin VACİB AÇIQLAMA KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat yayır.

ABŞ-da son illərdə tütün sənayesində yeni mərhələ kimi təqdim olunan qızdırılan tütün məmulatları “ənənəvi siqaretlərə alternativ” kimi geniş şəkildə təşviq edilir. Bu məhsulların əsas xüsusiyyəti tütünü yandırmadan, xüsusi cihaz vasitəsilə qızdıraraq istifadə olunması və nəticədə klassik siqaretlərdə yaranan tüstü, qətran və bəzi zərərli maddələrin daha az əmələ gəlməsidir. Məhz bu yanaşma səbəbindən bəzi istehsalçılar və ekspertlər qızdırılan tütün məhsullarını daha az zərərli alternativ kimi xarakterizə edir.

Bəs Azərbaycanda elektron siqaretlərin qadağasına baxmayaraq bazarda satışının davam etməsi nə ilə izah olunur?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, son dövrlərdə quruma bu məsələ ilə bağlı vətəndaş müraciətləri artıb. Onun sözlərinə görə, insanlar yanan tütünlə qızdırılan tütün məhsulları arasındakı fərqləri, onların zərər və təsir dərəcəsini öyrənməyə çalışırlar.

“Ziyanlı məhsullar arasında nisbətən daha az zərərli alternativlər mövcuddur. Azad İstehlakçılar Birliyi artıq 30 ildir ki, tütünlə mübarizə aparır və bu müddətdə bir sıra təhlükəli siqaret istehsalı müəssisələrinin bağlanmasına nail olub”.

Eyyub Hüseynov vurğulayıb ki, qızdırılan tütün məmulatları ənənəvi siqaretlərdən fərqli olaraq tütünü yandırmadan istifadə prinsipinə əsaslanır:

“Məlumdur ki, tütün yandıqda karbon monoksit və qətran kimi çoxsaylı zərərli maddələr yaranır. Bu maddələr ağciyərlərə ciddi ziyan vurur, dişlərin qaralmasına səbəb olur. Qızdırılan tütün məhsullarında isə yanma prosesi olmadığı üçün bu tip maddələr əmələ gəlmir. Bu baxımdan, onlar ənənəvi siqaretlərlə müqayisədə daha az zəzərərlidir. İnsanlar bilməlidirlər ki, ən sağlam yol ümumiyyətlə tütün istifadə etməməkdir. Lakin tərgitməkdə çətinlik çəkənlər üçün daha az zərərli alternativlər mövcuddur.

Hazırda Azərbaycan bazarında qızdırılan tütün məhsulları mövcuddur, lakin onların qiyməti əlçatan olsa, daha yaxşıdır. Bazara daha çox alternativ məhsullar daxil olmalıdır ki, rəqabət artsın və qiymətlər aşağı düşsün.”

Eyyub Hüseynov dünya təcrübəsinə də diqqət çəkərək bildirib ki, bir çox ölkələrdə tütün istehlakının azaldılması istiqamətində yeni texnologiyalara üstünlük verilir:

“Qlobal səviyyədə tütünlə mübarizə davam edir və alternativ məhsullar bu istiqamətdə müəyyən rol oynayır. Əgər insanlar tütündən tam imtina edə bilmirlərsə, daha az zərərli variantlara keçid müəyyən mənada riski azaldacaq.”

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
1
2
konkret.az

3Источники