Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) rəhbərliyində yeni təyinatlar olub.
Baki-xeber.comxəbər verir ki, Muxtarzadə Ramil Səfər oğlu, Cəmilova Töhfə Ramiz qızı və Rzayev Bahadur Məhərrəm oğlu TƏBİB-in İcraçı direktorunun müşavirləri təyin olunublar.
Ramil Muxtarzadə Dövlət İdarəçilik Akademiyasında beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2023-cü ildən etibarən hazırkı təyinatınadək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Strateji inkişaf və iqtisadi təhlil departamentinin rəhbəri kimi fəaliyyət göstərib. Onun adı 2005-ci ildə Vektor Beynəlxalq Elm Mərkəzi tərəfindən “XXI əsr Azərbaycan ziyalıları” ensiklopediyasında yer alıb.
İRADƏ