RU

Natiq Fərzəliyev: Mən həyat yoldaşımı aldatmamışam

Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Mən həyat yoldaşımı aldatmamışam. Vəd vermişdsim ki, toyumuzdan sonra doyunca gəzəcəyik, xoş günlər yaşayacağıq. Amma alınmadı”.

Bunu Qaynarinfo-ya açıqlamasında aktyor Natiq Fərzəliyev həyat yoldaşı Nərgizin "Natiq ailə quranda məni aldatmışdı” fikirlərinə cavab verərkən deyib.

Aktyor bildirib ki, vədlərinin yerinə yetməməsi şəxsi münasibətlərdəki səmimiyyətsizlikdən yox, həyatın gətirdiyi çətinliklərdən qaynaqlanıb:

"Elə bir dövr gəldi ki, problemlərdən baş aça bilmədik, vədlərim reallaşmadı. Amma dediklərim uydurma deyildi. Sadəcə şərait imkan vermədi”. 

O, ailə həyatından da danışaraq bildirib ki, evdə əsasən yemək hazırlayan həyat yoldaşıdır:

"Evdə bütün yeməkləri həyat yoldaşım bişirir. Mən də hərdən nəsə hazırlayıram. Uşaqlar da deyir ki, ata bişirdiklərin daha dadlı olur. Kefim olanda qeyri-adi yeməklər hazırlayıram”. 

Aktyor həmçinin qeyd edib ki, həyat yoldaşı Nərgiz Fərzəliyeva onunla ailə qurduğu üçün heç vaxt peşmanlıq hissi ifadə etməyib:

"Əgər mənimlə ailə qurduğu üçün peşman olsaydı, 35 il bir yerdə qalmazdıq. O, mənə qarşı həmişə anlayışlı olub və məni yüksək qiymətləndirib”. 

Qeyd edək ki, Nərgiz Fərzəliyeva müsahibələrindən birində incəsənət adamı ilə ailə həyatının çətinliklərindən danışaraq, evlilikdən əvvəl ona verilən vədlərin tam yerinə yetirilmədiyini bildirmişdi.

Bahar Rüstəmli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
2
qaynarinfo.az

3Источники