RU

ABŞ ın saxladığı gəminin heyəti İrana qaytarıldı

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ-ın daha əvvəl saxladığı İran konteyner gəmisinin heyət üzvlərinin bir hissəsi vətənə geri dönüb.

Milli.Az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Bildirilir ki, "MV Touska" adlı konteyner gəmisinin 15 heyət üzvü Pakistandan İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətindəki sərhəd-keçid məntəqəsi vasitəsilə ölkəyə daxil olub.

Məlumata görə, daha əvvəl Pakistan Xarici İşlər Nazirliyi gəmidə olan 22 heyət üzvünün mayın 3-ü axşam saatlarında Pakistana təxliyə edildiyini və onların İran tərəfinə təhvil veriləcəyini açıqlamışdı.

Qeyd edək ki, "MV Touska" konteyner gəmisi ABŞ tərəfindən saxlanıldıqdan sonra heyətin taleyi ilə bağlı məsələ beynəlxalq diqqət mərkəzinə düşmüşdü.

Ayxan

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
news.milli.az

1Источники