RU

Şimali Koreya klubu Cənubi Koreyada meydana çıxır

Şimali Koreyanın təmsilçisi “Naegohyang” Qadın Futbol Klubu Asiya Futbol Konfederasiyası (AFC) Qadınlar Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində Cənubi Koreyada meydana çıxacaq. 

"Cebheinfo.az" xəbər verir ki, Koreya Futbol Federasiyası “Naegohyang” ilə Cənubi Koreyanın “Suvon” komandası arasında keçiriləcək oyunun 20 may tarixində yerli vaxtla saat 19:00-da baş tutacağını açıqlayıb. 

Görüş Seulun cənubunda yerləşən Suvon Stadionunda keçiriləcək. Bu qarşılaşma Şimali Koreya qadın futbol klubunun Cənubi Koreya ərazisində keçirəcəyi ilk rəsmi oyun kimi tarixə düşəcək. Bu baxımdan, oyun yalnız idman rəqabəti deyil, həm də simvolik əhəmiyyət daşıyır. 

Избранный
14
cebheinfo.az

1Источники